Xırdalanda uşaq əyləncə mərkəzində nöqsanlar aşkarlanıb, fəaliyyəti dayandırılıb
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Abşeron rayonu, Xırdalan şəhərində yerləşən uşaq əyləncə mərkəzində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.
Bu barədə BAKU.WS-ə FHN-dən məlumat verilib.
Bildirilib ki, obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu quraşdırılmayıb, obyekt ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməyib, elektrik təsərrüfatı "Elektrik Qurğularının Quraşdırılması Qaydası"nın tələblərinə uyğun quraşdırılmayıb və müvəqqəti çəkilmiş elektrik naqillərindən istifadə edilir, obyektin xarici və daxili divarları yanar üzlük materialları ilə üzlənilib, obyektin daşınmaz əmlakı "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığorta olunmayıb.
Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Abşeron rayonu, Xırdalan şəhərində yerləşən uşaq əyləncə mərkəzinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.
Qalereya
Oxşar xəbərlər
"Bakı Tekstil Fabriki" MMC-yə məxsus tikiş sexinin fəaliyyəti dayandırılıb
"Bakı Tekstil Fabriki" MMC-yə məxsus tikiş sexinin fəaliyyətinin dayandırılıb
Bakıda şadlıq evinin fəaliyyəti dayandırılıb
Dərnəgüldə yanğın təhlükəli taxta sexinin fəaliyyəti dayandırılıb
Nazirlik daha bir restoranın qapılarını MÖHÜRLƏDİ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Usman Nurmaqomedov Əbu-Dabidə Merab Dvalişviliyə hücum etdi, cəza gözlənilir
-
Türk İnvestisiya Fondu Türkiyədə ilk maliyyələşdirməni həyata keçirib
-
Azərbaycan qeyri-neft-qaz ixracını 21 %-ə yaxın artırıb
-
Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq
-
Mbappe Fransa millisinin oyununu buraxacaq - Zidandan açıqlama
-
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı













