Çinli alimlər radiasiyaya davamlı və rekord dəqiqlikli giroskop hazırlayıblar
Far.Az xəbər saytı

Çinli alimlər radiasiyaya davamlı və rekord dəqiqlikli giroskop hazırlayıblar


Çinli tədqiqatçılar kosmik missiyalar üçün rekord dəqiqlikli və radiasiyaya davamlı yeni nəsil giroskop hazırlayıblar. Bu texnologiya çətin şəraitdə - o cümlədən kosmik aparatlarda və dərin dəniz platformalarında istifadə üçün xüsusilə əhəmiyyətlidir.

Far.Az ferra.ru-ya istinadən xəbər verir ki, Tyençzin Naviqasiya Alətləri İnstitutu və Cinan Universitetinin alimləri tərəfindən hazırlanmış cihazda ənənəvi bərk optik liflər əvəzinə hava ilə doldurulmuş optik liflərdən istifadə olunub. Bu isə cihazın temperatur, maqnit sahələri və radiasiyaya qarşı həssaslığını 10 dəfə azaldıb.

Yeni giroskop ekstremal şəraitdə yüksək dəqiqliklə işləyir və mürəkkəb qoruma sistemlərinə ehtiyac duymur. Alimlərin bu ixtirası artıq beynəlxalq səviyyədə tanınıb və nüfuzlu Nature Communications jurnalında dərc olunub.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər