Azərbaycan XİN başçısı: Ermənistanın silahlandırılması bölgə üçün əlavə təhdid mənbəyidir
Ermənistanın silahlandırılması bölgə üçün əlavə təhdid mənbəyidir.
Bunu Türkiyədə səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov həmkarı Hakan Fidanla keçirilən birgə mətbuat konfransı zamanı bildirib.
Onun sözlərinə görə, Azərbaycan tərəfinin Ermənistana təqdim etdiyi sülh sazişi layihəsindən sonra danışıqlar prosesində müsbət dinamikalar müşahidə olunsa da, Ermənistanın konstitusiyasında və bir çox normativ hüquqi aktlarda Azərbaycana qarşı ərazi iddiaları qüvvədə qalır: "Qarabağ zəfəri Cənubi Qafqazda yeni reallıqlar və imkanlar yaratdı. Azərbaycan tərəfinin mövqeyi ondan ibarətdir ki, bölgədə davamlı və dayanıqlı sülhün təmin edilməsi üçün tarixi imkanlar mövcuddur. Məhz bundan irəli gələrək Azərbaycan tərəfi Ermənistana sülh sazişi layihəsini təqdim etdi. Sülh sazişinin beş baza prinsipi Azərbaycan tərəfindən irəli sürülsə də, amma bu da sirr deyil ki, Ermənistanın Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları mövcuddur”.
C.Bayramov həmçinin deyib ki, son zamanlar Ermənistan silahlanır və onu buna sürükləyən üçüncü ölkələr var: "Müşahidə olunan bu tendensiya narahatlıq doğurur. Bu yanlış siyasət bölgə üçün əlavə təhdid mənbəyi hesab oluna bilər. Əlbəttə, Azərbaycan prosesləri izləyir və bu da Türkiyə ilə koordinasiyalı şəkildə həyata keçirilir”.//report
Far.AzOxşar xəbərlər
Azərbaycan XİN başçısı: Ermənistanın silahlandırılması bölgə üçün əlavə təhdid mənbəyidir
Ermənistanın nicatı Bakı və Ankara ilə münasibətlərin normallaşmasından keçir - ŞƏRH
Nazir: Sülh sazisinin başa çatdırılması üçün əsas əngəl Ermənistan konstitusiyasında Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarıdır
Mark Libbinin ayaq tutub yeriməyən yalanları - ABŞ-li səfir ölkəsini necə ifşa etdi? - FOTO - MÜSAHİBƏ
Səfir: Qərb demokratiyası və parlamentarizm heç də ədalət və obyektivliyin sinonimi deyil - MÜSAHİBƏ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda “İşçilərin Ezamiyyə Qaydaları” dəyişib
-
Azərbaycana 330 min manatlıq aksiz markasız tütün məmulatının keçirilməsinin qarşısı alınıb
-
Bakıda yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb
-
Aİ XİN rəhbərləri İrana qarşı sanksiyaları təsdiqləyib
-
Komitə: Xəqani parkındakı qanun pozuntusu aradan qaldırılıb
-
UEFA Millətlər Liqası: Türkiyə və İtaliya yığmalarından qələbə