Ayaqqabının içində mobil telefon keçirtmək istədilər, ALINMADI
Far.Az xəbər saytı

Ayaqqabının içində mobil telefon keçirtmək istədilər, ALINMADI


Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Şəki penitensiar müəssisəsinə mobil telefon keçirilməsinin qarşısı alınıb.

Far.Az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, məhkum Ruslan Məmməd oğlu Əhmədovla görüşə gəlmiş həyat yoldaşının üzərinə baxış keçirilən zaman idman ayaqqabısının daban hissəsində xüsusi üsulla gizlədilmiş 1 ədəd "BM 222" markalı mobil telefon aparatı, danışıq kartı və elektrik qidalandırıcısı aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

İlham Əliyev bir qrup incəsənət xadimini təltif etdi - SƏRƏNCAM
VII çağırış Milli Məclisin deputatları - SİYAHI
SWG SPA təşkilatı Azərbaycan Milli Məclisinə keçirilən seçkilərin "exit-poll" nəticələrini açıqlayıb
"Oracle Advisory Group" parlament seçkilərində "exit poll"un nəticələrini açıqlayıb
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər