Çin dəniz polisi Filippin gəmisinin mübahisəli sulara müdaxiləsini qeydə alıb
Çin dəniz polisi Filippin gəmisinin 24 saat ərzində Cənubi Çin dənizindəki mübahisəli sulara təkrar müdaxiləsini qeydə alıb.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Çin Sahil Mühafizəsi Administrasiyasının sözçüsü Qan Yu bildirib.
Onun sözlərinə görə, insident mübahisəli Renai (Ayungin) rifində baş verib.
“Filippin dəniz polisinin 4410 nömrəli qayığı bu dəfə Renai rifi yaxınlığındakı sulara yenidən qeyri-qanuni müdaxilə edib, bu, onun icazəsiz Sianbin (Sabina) rifinə yaxınlaşmasının qarşısı alındıqdan sonra baş verib”, - sözçü deyib.
Daha əvvəl Sabine rifi yaxınlığında iki ölkənin qayıqlarının toqquşması barədə məlumat verilmişdi.
Rəsmi nümayəndənin sözlərinə görə, Manila regionda sülh və sabitliyi ciddi şəkildə pozur.
Bundan əvvəl Çin avqustun 8-də Filippin Silahlı Qüvvələrinə məxsus təyyarənin Cənubi Çin dənizində Çinin hava sərhədlərini pozduğunu açıqlamışdı.
Oxşar xəbərlər
Çin və Filippin dəniz polisinin qayıqları toqquşub
Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 105 il ötür
Çin və Filippin gəmiləri toqquşub
Ermənistanın nicatı Bakı və Ankara ilə münasibətlərin normallaşmasından keçir - ŞƏRH
Bir gündə Britaniyaya 500-ə yaxın qeyri-qanuni miqrant gəlib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Livitt: Tramp İranla atəşkəs üçün vaxt çərçivəsi müəyyən etməyib
-
"Qarabağ" Türkiyə klubunda çıxış edən hücumçu ilə maraqlanır
-
Sumqayıt sakinlərinin NƏZƏRİNƏ
-
İrəvandan Qarabağa qədər silinən tarix: mədəni irsə qarşı uzunmüddətli siyasət - ŞƏRH
-
Azərbaycan iyunda Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edəcək
-
Latviya Prezidentinin şərəfinə rəsmi lanç













