Milli Məclisdən AKP-yə çağırış: "Bir millət, iki dövlət" prinsipinin təhrif edilməsi qəbuledilməzdir"
Son dövrlərdə Türkiyənin bəzi media orqanlarında və sosial media platformalarında Azərbaycana qarşı qərəzli informasiya kampaniyasının aparılması, eləcə də hakim Ədalət və İnkişaf Partiyasının (AKP) bəzi deputatları və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Oktay Saral tərəfindən ölkəmizlə bağlı əsassız ittihamların səsləndirilməsi Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunda ciddi narahatlıq və təəssüf doğurur.
BAKU.WS xəbər verir ki, bu barədə Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun bəyanatında bildirilib.
Bəyanatda qeyd olunub ki, Azərbaycan və Türkiyə arasında dostluq, qardaşlıq və strateji müttəfiqlik münasibətləri mövcuddur. Azərbaycan müstəqil və suveren dövlətdir, daxili və xarici siyasətini milli maraqlarına və Konstitusiyasına uyğun olaraq müəyyən edir.
"Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi "Bir millət, iki dövlət" prinsipi iki müstəqil və suveren dövlətin mövcudluğunu nəzərdə tutur. Bu prinsipin mahiyyətinin təhrif edilməsi, ondan Azərbaycanın daxili işlərinə müdaxilə etmək, kənar siyasi və ideoloji yanaşmaları Azərbaycan cəmiyyətinə diktə etmək üçün əsas kimi istifadə olunması qəbuledilməzdir.
Azərbaycanın dünyəvi dövlət quruluşu və dini etiqad azadlığı Konstitusiya ilə təmin olunur. Ölkəmizdə təhsil siyasəti dünyəvilik, bərabərlik və bütün vətəndaşlar üçün bərabər imkanların yaradılması prinsiplərinə əsaslanır. Təhsil müəssisələrində tətbiq olunan qaydalar bütün vətəndaşlara eyni şəkildə şamil edilir və hər hansı dini mənsubiyyətə qarşı yönəlməyib. Bu məsələlərin dini və ideoloji müstəvidə siyasiləşdirilməsi, Azərbaycanın konstitusion quruluşuna və təhsil siyasətinə qarşı əsassız ittihamların irəli sürülməsi yolverilməzdir.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, xalqımıza, onun tarixinə və görkəmli şəxsiyyətlərinə qarşı təhqir və böhtan xarakterli ifadələrin işlədilməsi də qəbuledilməzdir və Azərbaycan ictimaiyyətində haqlı narazılıq doğurur.
Təəssüflə qeyd etmək istəyirik ki, AKP iqtidarı bütün bunların qarşısının alınması istiqamətində heç bir addım atmır. Azərbaycanın Türkiyədəki diplomatik nümayəndəlikləri qarşısında təxribatçı aksiyaların keçirilməsinə və bununla bağlı çağırışlara dözümlü münasibətin göstərilməsi də bir sıra suallar doğurur.
Hesab edirik ki, Azərbaycan-Türkiyə münasibətlərinin xüsusi xarakteri siyasi məsuliyyət, qarşılıqlı hörmət və bir-birinin daxili işlərinə müdaxilə etməmək prinsiplərinə riayət olunmasını tələb edir. Ayrı-ayrı siyasi xadimlərin açıqlamaları iki ölkə arasında münasibətlərə xələl gətirməməlidir.
Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu olaraq gözləntimiz budur ki, Türkiyənin müvafiq siyasi dairələri, o cümlədən parlamentdə təmsil olunan hakim siyasi partiya təmsilçiləri, bu həssas məsələlərə məsuliyyətlə yanaşacaq, Azərbaycanın suverenliyinə və konstitusion quruluşuna hörmət nümayiş etdirəcək, münasibətlərimizə mənfi təsir göstərə biləcək açıqlamalardan çəkinəcəklər" , - bəyanatda qeyd edilib.
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
Gürcüstanda Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb - YENİLƏNİB
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Dövlət və hökumət rəsmiləri Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
Xalq artisti Mərahim Fərzəlibəyov: "Heydər Əliyev sənətdə bizə həmişə dayaq olub"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sabah Nizami rayonunun bəzi ərazilərində qaz olmayacaq
-
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinə rəhbər təyin edilib
-
Venesuela aclığa son qoymaq üçün plan hazırlayıb
-
"Liverpul"un sabiq baş məşqçisi Arne Slot UEFA-da yeni vəzifəyə təyin edilib
-
ABŞ Senatı dizel razılaşmasından sonra Trampı dərhal kursu dəyişməyə çağırıb
-
Ramin Məmmədov: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur













