Rusiyada sakin Ukrayna dron hücumlarının görüntülərini paylaşdığı üçün cərimələndi
Tula vilayətinin sakini Ukrayna Silahlı Qüvvələrinin (USQ) dron hücumlarını əks etdirən videonu paylaşdığına görə 25 min rubl məbləğində cərimə olunub.
BAKU.WS xəbər verir ki, bu barədə məlumatı RİA Novosti bölgədəki məhkəmənin mətbuat xidmətinə istinadla yayıb.
Məlumata görə, həmin şəxs yanvar ayında şəxsi Telegram kanalında mobil telefonla çəkilmiş bir video paylaşıb. Kadrlarda hava hücumundan müdafiə (HHM) sistemlərinin istifadəsi və tətbiqinin nəticələri əks olunub. Video Aleksin şəhərində çəkilib.
Məhkəmə materiallarında qeyd olunub ki, videoda HHM vasitələrinin növü, yerləşməsi və digər texniki xüsusiyyətlərini müəyyən etməyə imkan verən məlumatlar yer alıb. Məhkəmənin qərarına əsasən, həmin şəxs Tula vilayətində tətbiq edilən yüksək hazırlıq rejiminin qaydalarını pozub.
Qeyd edək ki, bundan əvvəl Moskvanın Tver Rayon Məhkəməsi paytaxtın mərkəzində xüsusi hərbi əməliyyata qarşı vərəqələr yayan bir şəxsi cərimələyib
Oxşar xəbərlər
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan ictimaiyyəti Qorbaçovun Nobel Mükafatından məhrum olunmasını istəyir - AÇIQ MƏKTUB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Məhkəmədə Kəlbəcərin işğalı zamanı əsir və girovlara işgəncələr verilməsi ilə bağlı ifadələr dinlənilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Usman Nurmaqomedov Əbu-Dabidə Merab Dvalişviliyə hücum etdi, cəza gözlənilir
-
Türk İnvestisiya Fondu Türkiyədə ilk maliyyələşdirməni həyata keçirib
-
"Xilasedici" CEV Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
-
Serbiyanın kəşfiyyat xidmətinin direktor müavini vəzifəsindən azad edilib
-
Azərbaycan daxil olmaqla, 50 ölkənin lideri Dublində EPC sammitində bir araya gələcək
-
Azərbaycan qeyri-neft-qaz ixracını 21 %-ə yaxın artırıb













