Levon Mnatsakanyan məhkəmədə Azərbaycanın suveren ərazilərinin işğalında iştirak etdiyini təsdiqləyib
Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində dindirilən təqsirləndirilən şəxs Levon Mnatsakanyan Azərbaycanın suveren ərazilərinin işğalında iştirak etdiyini təsdiqləyib.
BAKU.WS report-a istinadən xəbər verir ki, L.Mnatsakanyan müxtəlif illər qondarma qurumda tabor komandiri, diviziya komandiri və artilleriya rəisi olduğunu bildirib.
Dövlət ittihamçılarının suallarını cavablandıran təqsirləndirilən şəxs Samvel Karapetyanın rəhbərlik etdiyi hərbi hissənin tərkibində Azərbaycanın suveren ərazilərinin işğalında iştirak etdiyini etiraf edərək deyib: "Ağdam, Cəbrayıl, Ağdərə, Füzuli və digər ərazilərdə aparılan döyüş əməliyyatlarında iştirak etmişəm".
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
Oxşar xəbərlər
Levon Mnatsakanyan: Minalar Ermənistanda istehsal olunub Qarabağa gətirilirdi - MƏHKƏMƏ
Ermənistan vətəndaşından məhkəmədə etiraf
Qaradağlı faciəsi ilə bağlı sənədlər məhkəmədə tədqiq olunub
Arayik Harutyunyan: Qondarma rejimdə "bank sistemi" Ermənistan Mərkəzi Bankı tərəfindən idarə olunurdu
Məhkəmədə Ermənistanda yüksək vəzifələr tutmuş şəxsin qondarma rejimdə "nazir" təyin olunduğu açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Fransanın şimalında quş qripi ocağı aşkarlanıb
-
ABŞ Maliyyə Nazirliyi İrana qarşı sanksiyalar siyahısını genişləndirib
-
ABŞ "Megaspeed"ə qarşı ixrac məhdudiyyətləri tətbiq edib
-
ABŞ doqquz ayda mayeləşdirilmiş təbii qaz ixracını 21 % artırıb
-
Qətər ABŞ və İranla danışıqların bərpası üzərində işləyir
-
ABŞ-də təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasına 1,4 milyard dollardan çox vəsait ayrılıb













