Xalq artisti həbs edilən keçmiş əri ilə bağlı hər şeyi etiraf etdi: Blokda ayağımdan yapışdı...
"Biz altı-yeddi il bir yerdə olmuşuq. Mənə hər zaman işgəncə verib, təhdid edib. Dəfələrlə ondan qaçıb başqa yerdə yaşamışam. Amma bunu çox adama bildirməmişəm. Onun bu hərəkətlərinə görə xəstəlik tapmışam. Özünü başqalarının yanında qayğıkeş göstərib, amma gizlində başqa cür olub".
BAKU.WS xəbər verir ki, bunu Teleqraf-a Xalq artisti Naibə Allahverdiyeva keçmiş həyat yoldaşı Yusif İsmayılov haqqında danışarkən deyib.
Onun sözlərinə görə, həyat yoldaşından dəfələrlə təhdidlər eşidib: "Deyirdi ki, sənin beynində problemlər var, məndən ayrılsan elə edəcəm ki, ürəyin evdə partlayacaq, beyninə qan sızacaq. Mən bəyəm elə sadəlövhəm ki, səni öldürüb, həbsə düşüm?.. Onsuz da sənin beynində qansızma əlamətləri var.
Mənə dəfələrlə bıçaq vurub. Həmişə gizlin-gizlin məni güdürdü. Bir də görürdüm, blokda ayağımdan yapışdı. Yuxarı mərtəbədə gizlənirdi. Axırda mən də bezdim. Düşündüm ki, daha cəzasını çəkməlidir. Nə qədər ondan qorxmalıyam, yalan hərəkətlərinə, saxta gözyaşlarına inanmalıyam? Bu səbəbdən ondan şikayət etdim.
Dəfələrlə polisə müraciət etmişəm. İzahatı alınıb, buraxılıb, cəzalandırılmayıb. Bu dəfə cəzasını aldı. Mən onunla heç vaxt barışmaram. Bu insandan uzaqlaşmaq istəyirəm. Bilmirəm xəstədir, nədir. Heç yerdə işləmir. İki-üç gün işləyib işdən çıxır. Mən də belə şeyi qəbul eləmirəm. Deyirdim ki, axmaq işlərlə məşğul olma. Çox şeyi danışmaq istəmirəm. Mən boşanmaq istəmirdim, fədakarlıq göstərirdim. Düşünürdüm ki, bəlkə düzələr. Dövlətimə güvənirəm. Mən bu adamdan uzaqlaşmaq istəyirəm".
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bu gün Üçüncü Qədr gecəsidir
Bu gün ilk Qədr gecəsidir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Burger King" Bakıdan kənarda ilk restoranını Sumqayıtda açdı!
-
"Xilasedici" CEV Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
-
Qazaxıstan COP31-də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.
-
Serbiyanın kəşfiyyat xidmətinin direktor müavini vəzifəsindən azad edilib
-
Gəncədə sərnişin avtobusu işıq dirəyinə çırpılıb
-
"Xilasedici" CEV Çempionlar Liqasında cavab oyununa çıxacaq













