Biləsuvarda ətraf mühiti zibilləyən şəxslər inzibati məsuliyyətə cəlb olunub - FOTO
Far.Az xəbər saytı

Biləsuvarda ətraf mühiti zibilləyən şəxslər inzibati məsuliyyətə cəlb olunub - FOTO


Biləsuvarda ətraf mühiti məişət tullantıları ilə zibilləyən şəxslər inzibati məsuliyyətə cəlb olunub.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Far.Az-ya verilən məlumata görə, sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı məişət tullantılarının müəyyən edilmiş yerlərdən kənara atılması, ətrafın zibillənməsi halları aşkar edilib.

Ərazinin zibillənməsi halları ilə bağlı son 1 həftə ərzində 18 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin tələbini pozduğuna görə inzibati qaydada protokol tərtib olunub.

Bundan əlavə, Biləsuvar RPŞ-nin əməkdaşlarının son bir neçə gün ərzində tütün məmulatlarından istifadə qaydalarını pozan şəxslərlə bağlı keçirdikləri profilaktik tədbirlər nəticəsində rayon ərazisində yerləşən kafe, restoran və digər qadağan olunmuş yerlərdə siqaret çəkən, eləcə də tütün məmulatı tullantılarını ətrafa atan 11 nəfər barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Oxşar xəbərlər

Biləsuvarda ətraf mühiti zibilləyənlər cəzalandırılıb
Alim: Füzulinin qəbrini Azərbaycana gətirsək, ruhu narahat olar - MÜSAHİBƏ
Sanitariya-gigiyena qaydaları ilə bağlı tədbirlər gücləndirilib
Polis sanitariya-gigiyena qaydalarına riayət olunması istiqamətində profilaktiki tədbirləri gücləndirib - FOTO
Dəniz sahilini zibilləyənlər cərimələnib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər