Biləsuvarda ətraf mühiti zibilləyənlər cəzalandırılıb
Sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə Biləsuvar Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı məişət tullantılarının müəyyən edilmiş yerlərdən kənara atılması, ətrafın zibillənməsi halları aşkar edilib.
"Far.Az"un Muğan bürosunun məlumatına görə, ərazinin zibillənməsi halları ilə bağlı son 1 həftə ərzində 18 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin tələbini pozduğuna görə inzibati qaydada protokol tərtib olunub.
Bundan əlavə, Biləsuvar RPŞ-nin əməkdaşlarının son bir neçə gün ərzində tütün məmulatlarından istifadə qaydalarını pozan şəxslərlə bağlı keçirdikləri profilaktik tədbirlər nəticəsində rayon ərazisində yerləşən kafe, restoran və digər qadağan olunmuş yerlərdə siqaret çəkən, eləcə də tütün məmulatı tullantılarını ətrafa atan 11 nəfər barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
Oxşar xəbərlər
Dəniz sahilini zibilləyənlər cərimələnib
Sanitariya-gigiyena qaydaları ilə bağlı tədbirlər gücləndirilib
Polis sanitariya-gigiyena qaydalarına riayət olunması istiqamətində profilaktiki tədbirləri gücləndirib - FOTO
Şirvanda azyaşlılara tütün satan şəxslər cərimələnib
Şirvanda azyaşlılara tütün satan şəxslər cərimələnib - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
ABŞ dövlət katibi Əbu-Dabidə Rusiya-Ukrayna danışıqlarında irəliləyişin olacağına ümid edir
-
Tramp Rubionun ABŞ dövlət katibi vəzifəsində qalacağını bildirib













