Rusiya səmasında gecə saatlarında 90-dan çox Ukrayna dronu məhv edilib
Far.Az xəbər saytı

Rusiya səmasında gecə saatlarında 90-dan çox Ukrayna dronu məhv edilib


Rusiya Müdafiə Nazirliyi bildirib ki, hava hücumundan müdafiə qüvvələri ötən gecə Rusiya üzərində 96 Ukrayna mənşəli pilotsuz uçuş aparatını (PUA) vurub.

Far.Az nazirliyin məlumatına istinadən xəbər verir ki, ən çox dron Bryansk vilayətində (31 ədəd) məhv edilib. Bundan əlavə, 16 dron Belqorod, 11-i Kursk, 9-u Tula, 8-i Orlov, 6-sı Moskva vilayətində, 5-i Kalujsk, 4-ü İvanovo, hər birində 2 olmaqla Ryazan və Vladimir vilayətlərində, 1-i isə Yaroslavl vilayəti və Tatarıstan Respublikasında vurulub.

Müdafiə Nazirliyi əlavə edib ki, 25 may saat 10:00-dan 26 may saat 08:00-dək ümumilikdə Rusiya ərazisində 148 ədəd təyyarə tipli Ukrayna dronu məhv edilib.

Qeyd edək ki, Ukrayna dronlarının Rusiya ərazisinə hücumları 2022-ci ildən, xüsusi hərbi əməliyyatların başlanmasından sonra intensivləşib. Kiyev bu hücumlara rəsmi olaraq məsuliyyət götürməsə də, 2023-cü ilin avqustunda Ukrayna prezidentinin ofisi rəhbərinin müşaviri Mixail Podolyak bəyan etmişdi ki, Rusiyaya qarşı PUA hücumlarının sayı artacaq.

Xatırladaq ki, daha əvvəl Rusiyada dron hücumları zamanı dua etməyə çağırış olunmuşdu.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Sülh əleyhinə və digər ağır cinayətlərdə təqsirləndirilən erməni əsilli şəxslərin məhkəməsi davam etdirilib - YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər