Kişini diz çökdürən şəhid anası ilə bağlı araşdırma aparılır
Sosial şəbəkələrdə Füzuli rayonunda qadının kişiyə qarşı təhqiredici hərəkətlərini əks etdirən görüntülər yayılıb.
Far.Az qafqazinfo-ya istinadən xəbər verir ki, videodakı şəxs Vətən müharibəsi şəhidi Vüqar Zamanovun anası Lətifə Zamanovadır.
Belə ki, qadın oğlunun xatirə lövhəsinə hörmətsizlik etdiyi deyilən kişiyə qarşı alçaldıcı rəftar göstərib. O həmin kişini diz çökdürərək üzr istətdirib, həmçinin təhqiramiz ifadələrlə ləyaqətini alçaldıb. Qarşı tərəf isə qadına yalvararaq onu bağışlamasını deyib.
Sözügedən şəxsin şəhidin lövhəsinə qarşı daha əvvəl hansı əməli törətdiyi açıqlanmayıb.
DİN-in Mətbuat xidmətinin regional qrupundan bildirilib ki, hadisə barədə məlumatlıdırlar: "Tərəflər arasında olan mübahisə Füzuli Rayon Polis Şöbəsində araşdırılır. Mübahisə tərəflərinin əməllərinə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar məhkəməyə göndəriləcək".
Qeyd edək ki, 1995-ci il təvəllüdlü Vüqar Zamanov 5 noyabr 2020-ci ildə Daşaltı uğrundakı döyüşdə şəhid olub, ölümündən sonra müxtəlif medallarla təltif edilib.
Oxşar xəbərlər
MAXE-dən dəhşətli hərəkət: dörd qadını yatağa saldı, pullarını aldı, onları videoya çəkdi – TƏFƏRRÜAT
Dörd qadını yatağa saldı, pullarını aldı, onları videoya çəkdi
Azərbaycan ictimaiyyəti Qorbaçovun Nobel Mükafatından məhrum olunmasını istəyir - AÇIQ MƏKTUB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub













