Bakıda müəllim 1-ci sinif şagirdinin ağzına skoç vurdu
Far.Az xəbər saytı

Bakıda müəllim 1-ci sinif şagirdinin ağzına skoç vurdu


Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən 112 saylı məktəbdə qalmaqallı hadisə baş verib.

Far.Az-in "qaynar xətt"inə daxil olan məlumata görə, ibtidai sinif müəllimi 1-ci sinif şagirdinin ağzına skoç yapışdırıb. Hadisə ilə bağlı şagirdin atası redaksiyamıza şikayət edib.

Valideynin sözlərinə görə, hadisənin görüntüləri mövcuddur və həmin videoda müəllimin uşağın ağzına skoç vurduğu aydın görünür.

Məsələ ilə bağlı aidiyyəti qurumlara məlumat verilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən isə Far.Az-ə bildirilib ki, məsələ ilə bağlı müvafiq araşdırma aparılır.

Məktəb rəhbərliyinə qanunauyğun tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.

Şahanə Xankişiyeva

Oxşar xəbərlər

Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - YENİLƏNİB
VII çağırış Milli Məclisin deputatları - SİYAHI
"Oracle Advisory Group" parlament seçkilərində "exit poll"un nəticələrini açıqlayıb
SWG SPA təşkilatı Azərbaycan Milli Məclisinə keçirilən seçkilərin "exit-poll" nəticələrini açıqlayıb
Veb-kamera quraşdırılan seçki məntəqələrinin siyahısı açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər