Türkiyə Prezidentinin Azərbaycana səfər proqramı açıqlanıb
Far.Az xəbər saytı

Türkiyə Prezidentinin Azərbaycana səfər proqramı açıqlanıb


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 28-də Azərbaycana səfər edəcək.

BAKU.WS apa-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun məlumat yayıb.

O qeyd edib ki, səfər 28 May Müstəqillik günümüz çərçivəsində baş tutacaq.

"Bu münasibətlə Azərbaycan Prezidenti cənab İlham Əliyevlə danışıqlar zamanı iki ölkə arasında münasibətlər, eləcə də cari regional və qlobal hadisələrlə bağlı fikir mübadiləsi aparılacağı nəzərdə tutulur", - deyə o əlavə edib.

Bundan əlavə, Pakistanın Baş naziri cənab Şahbaz Şərifin iştirakı ilə "Türkiyə-Azərbaycan-Pakistan Üçtərəfli Zirvə"sinin 2-ci Toplantısı keçiriləcək.

Ərdoğan səfəri zamanı Laçın Beynəlxalq Hava Limanının açılış mərasimində də iştirak edəcək.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Zəfər tarixindən səhifələr: Laçın şəhərinin azad olunmasından iki il ötür - FOTO
İlham Əliyev Əl-Əzhəri Şərifin şeyxi ilə görüşüb - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər