İran Azərbaycan vasitəsilə "Şərq-Qərb" nəqliyyat dəhlizinin inkişafında maraqlıdır
İran Azərbaycan ərazisindən keçən "Şərq-Qərb" nəqliyyat-logistika dəhlizinin inkişafına böyük maraq göstərir.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə İranın Rumıniyadakı keçmiş səfiri, İranın Azərbaycandakı səfirliyində ekspert kimi çalışan Həmidreza Ərşadi Bakıda keçirilən "Avrasiyanın nəqliyyat karkasının formalaşması və Azərbaycanın bu prosesdə əhəmiyyətli rolu" mövzusunda beynəlxalq dəyirmi masada bildirib.
Onun sözlərinə görə, xüsusi diqqət Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında mühüm nəqliyyat əlaqəsi xəttinin bir hissəsi olacaq Ağbənd-Kəlalə dəmir yolu və avtomobil yolunun tikintisinə yönəldilib.
"Bu layihə çərçivəsində əsas infrastruktur obyektləri həyata keçirilir. Buraya yeni Siyahrud-Ordubad avtomobil körpülərinin inşası, həmçinin zəruri sərhəd və gömrük infrastrukturunun inkişafı daxildir. İran bu kommunikasiyaların tamamlanmasının regional logistika və tranzit əlaqələrinin genişləndirilməsi üçün əhəmiyyətli potensial yaradacağını gözləyir", - keçmiş səfir qeyd edib.
H.Ərşadi vurğulayıb ki, Ağbənd-Cəbrayıl-Ağdam-Yevlax-Gürcüstan və Ağbənd-Laçın-Kəlbəcər-Gəncə-Gürcüstan avtomobil yolları istifadəyə verildikdən sonra yeni nəqliyyat imkanları yaranacaq: "Bu marşrutlar İrana Qara dənizə rahat və iqtisadi cəhətdən səmərəli çıxış təmin edəcək".
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Şimaldan Cənuba, Qərbdən Şərqə uzanan yollar: Azərbaycanın nəqliyyat-logistika sahəsində uğurları
Neft sisternlərindən transkontinental qatarlara: Azərbaycan dəmir yollarının inkişaf yolu və nailiyyətləri
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
Bəhrəmtəpə hidroqovşağında təmirə görə İmişlidə suarma kanallarına suyun verilməsi dayandırılacaq
-
İstanbul hava limanında sərnişinin baqajından 12,8 kq narkotik aşkarlanıb
-
"SpaceX" ilk dəfə orbital uçuşdan sonra "Starship" gəmisini uğurla tutub
-
Ağstafada sursat partlayışı nəticəsində xəsarət alan şəxsin durumu açıqlanıb













