Pakistanın Baş naziri: Tarixin ən gözəl anlarından biridir ki, üç qardaş ölkə ailə olaraq bir araya gəldi
Far.Az xəbər saytı

Pakistanın Baş naziri: Tarixin ən gözəl anlarından biridir ki, üç qardaş ölkə ailə olaraq bir araya gəldi


Azərbaycan vaxtilə Ermənistan tərəfindən hücuma məruz qalmışdı. Türkiyə və Pakistan bir qaya kimi Azərbaycanın yanında oldu. Pakistan Hindistan tərəfindən hücuma məruz qaldı, əziz qardaşım Rəcəb Tayyib Ərdoğan və Türkiyədə olan bacı-qardaşlarımız bizi dərhal dəstəklədilər. O da bir alınmaz qala kimi dəstək idi. Əziz qardaşım İlham Əliyev də, bizim azərbaycanlı bacı-qardaşlarımız da eyni qətiyyəti göstərdilər və Pakistanla həmrəy olduqlarını nümayiş etdirdilər.

BAKU.WS xəbər verir ki, bu sözləri Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Laçında Azərbaycanın Müstəqillik Gününə həsr edilmiş konsertdən əvvəl çıxışı zamanı deyib.

"Bu, bizim tariximizin ən gözəl anlarından biridir ki, üç qardaş ölkə ailə olaraq bir araya gəldi. Çətin zamanda bir araya gəldilər və biz bunu heç vaxt unutmayacağıq. Qardaşım Prezident Ərdoğanın və əlbəttə, əziz qardaşım Prezident İlham Əliyevin verdiyi dəstəyin heç vaxt əvəzini çıxa bilmərəm. Allah özü sizi mükafatlandıracaq. Bu qardaşlığa və səmimi dəstəyə görə təşəkkür edirəm".

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Azərbaycan-Pakistan biznes forumu keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər