SOCAR-da "Yükqaldırma Təlim Poliqonu"nun açılışı olub
Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi tərəfindən "Neftqaztikinti" Trestinin Zığ tikinti-quraşdırma sahəsində qabaqcıl təcrübələrə uyğun inşa edilmiş "Yükqaldırma Təlim Poliqonu"nun açılışı keçirilib.
BAKU.WS SOCAR-a istinadən xəbər verir ki, şirkətin vitse-prezidenti Ziba Mustafayevanın iştirak etdiyi tədbirdə "Siqnalçı", "İlməkçi" və "Takelajçı" peşələri üzrə keçiriləcək təlimlərin poliqon ərazisinə baxış keçirilib. Burada istifadə edilən kran əməliyyatları, yükqaldırıcı avadanlıqlar və digər texniki imkanlar barədə məlumat verilib və praktiki təlimlər nümayiş etdirilib.
Tədbir çərçivəsində, həmçinin əməyin mühafizəsi, təhlükəsizlik və insan kapitalının inkişafı sahəsində görülən işlərdən danışılıb, yükqaldırma əməliyyatlarında təhlükəsizliyin artırılması məqsədi daşıyan bu təşəbbüsün əhəmiyyəti vurğulanıb.
Qaldırıcı Avadanlıq Mühəndisləri Assosiasiyası (LEEA) tərəfindən akkreditasiya olunacaq təlimlərdə iştirakçılara beynəlxalq səviyyədə tanınan sertifikatlar təqdim ediləcək.
Qalereya
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
"Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri" mövzusunda konfrans keçirilib
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
Bəhrəmtəpə hidroqovşağında təmirə görə İmişlidə suarma kanallarına suyun verilməsi dayandırılacaq
-
İstanbul hava limanında sərnişinin baqajından 12,8 kq narkotik aşkarlanıb
-
"SpaceX" ilk dəfə orbital uçuşdan sonra "Starship" gəmisini uğurla tutub
-
Ağstafada sursat partlayışı nəticəsində xəsarət alan şəxsin durumu açıqlanıb













