Ağdərədə minaya düşən şəxs Tərtər xəstəxanasına yerləşdirilib
Ağdərə rayonunda minaya düşən şəxs Tərtər xəstəxanasına yerləşdirilib.
Far.Az "Report"a istinadən xəbər verir ki, Ağdərə rayonunun Qırmızı kənd ərazisində minaya düşərək xəsarət alan 1978-ci il təvəllüdlü Tərtər rayonu Yuxarı Qaradağlı kənd sakini Hüseynov Telman Əhməd oğlu ərazidən çıxarılıb.
Tərtər Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım şöbəsinə yerləşdirilən yaralaya ilkin tibbi yardım göstərilib.
T.Hüseynov sol ayağının pəncəsi və ayağının aşağı hissəsində çoxsaylı qəlpə yaraları alıb. Yaralının Bərdə Rayon Mərkəzi xəstəxanasının travmatologiya şöbəsinə köçürüləcəyi bildirilib.
Qeyd edək ki, hadisənin baş verdiyi ərazi keçmiş təmas xətti olub.
***20:00
Ağdərə rayonu ərazisində mülki şəxs minaya düşüb.
Far.Az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Qırmızı kənd ərazisində qeydə alınıb.
Məlumata görə, Tərtər rayonu Yuxarı Qaradağlı kənd sakini Hüseynov Telman Əhməd oğlu ərazidə mal-qara otararkən minaya düşüb.
Hazırda yaralının ərazidən götürülməsi üçün işlər aparılır.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək ünvanlar açıqlanıb
Azərbaycanda qan banklarının siyahısı yenilənib
Qaradağlı faciəsindən 33 il ötür
VII çağırış Milli Məclisin deputatları - SİYAHI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub













