16 yaşlı Murad Bundesliqada oynayacaq
Azərbaycanlı yeniyetmə futbolçu Murad Həmidov Almaniya Bundesliqasının "SV Elversberg" klubu ilə anlaşıb.
BAKU.WS xəbər verir ki, bu barədə M.Həmidov "Qafqazinfo"ya özü məlumat verib.
16 yaşlı həmyerlimiz deyir ki, futbola kiçik yaşlarından böyük marağı olub:
"Almaniyaya gələndə ilk məqsədim Bundesliqada oynamaq idi. Çünki bu səviyyəyə çatmaq mənim üçün həm böyük hədəf, həm də məsuliyyət idi. Buraya 14 yaşımda tək gəlmişəm və cəmi bir il yarıma ən yüksək səviyyəyə – U17 Bundesliqaya çatdım".
Yeniyetmə futbolçu düşünür ki, "SV Elversberg" onun karyerası üçün mühüm rol oynayacaq:
"Klubun məni seçməsi çox önəmlidir. Burada daha çox təcrübə qazanmaq öz üzərimdə işləmək və gələcəkdə daha yüksək səviyyələrə çatmaq istəyirəm. Hədəfim U17-Bundesliqaya damğa vurmaqdır. Bu səviyyəyə çatmaq heç də asan olmayıb bəzən hər gün 5-6 saat məşqlərə gedirdim yorulsam da, dayanmırdım. Bilirdim ki, zəhmətimin qarşılığını bir gün mütləq alacağam".
O, çıxdığı yolda özünü dəstəkləyənləri də unutmur. Hədəfi isə ölkəmizi Avropada layiqincə təmsil etməkdir:
"Ailəm mənim ən böyük dayağım olub. Onlar həmişə mənə dəstək veriblər. Onlarsız bu yerə gəlmək çox çətin olardı. İstəyirəm ki Azərbaycanı xaricdə ən yaxşı şəkildə təmsil edim. Peşəkar futbolçu olum, Avropanın güclü komandalarında oynayım və bir gün Azərbaycan milli komandasının formasını geyinim. Bunun üçün əlimdən gələni edirəm".
Qeyd edək ki, U17 Bundesliqa Almaniyada bu yaş qrupu üzrə ən yüksək liqadır. Burada yalnız seçilmiş ən güclü 20-30 komanda oynayır.
Qalereya
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
SWG SPA təşkilatı Azərbaycan Milli Məclisinə keçirilən seçkilərin "exit-poll" nəticələrini açıqlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb
-
Bakı metrosu bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
-
NYT: Ağ Evin yeni Aparat rəhbəri Trampı İranla müharibəyə son qoymağa çağırıb
-
"Çıraq" platformasından hasil olunan neft və qazın həcmi açıqlanıb
-
Azərbaycan neftinin qiyməti 107 dolları ötüb
-
Kənd Təsərrüfatı Nazirliyi Zəfər Gününə həsr olunmuş videoçarx hazırlayıb













