Ucarın elektrik yarımstansiyasında YANĞIN: Altı kənd işıqsız qaldı
Far.Az xəbər saytı

Ucarın elektrik yarımstansiyasında YANĞIN: Altı kənd işıqsız qaldı


Ucarın elektrik yarımstansiyasında güclü yanğın olub, kəndlər işıqsız qalıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə Müsüslü qəsəbəsində yerləşən yarımstansiyada qeydə alınıb.

Belə ki, saat 07:40-da stansiyada yerləşən transformatorların birində qəfil yanğın başlayıb. Yanğın qısa zamanda genişlənib, nəticədə 6 kəndə elektrik enerjisi verən transformator yanaraq yararsız vəziyyətə düşüb.

Hadisə yerinə FHN-nin Ucar rayon Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın söndürülüb və genişlənməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ucarda yanan yük atomobili söndürülüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər