Nurmaqomedov Luis Enrike ilə zarafat etdi - Zarafata olsa belə, demədi
Far.Az xəbər saytı

Nurmaqomedov Luis Enrike ilə zarafat etdi - Zarafata olsa belə, demədi


Rusiyalı keçmiş UFC çempionu Həbib Nurmaqomedov UEFA Çempionlar Liqasında qələbə qazanan PSJ-nin baş məşqçisi Luis Enrikeni meydanda təbrik edib, eyni zamanda Madridin "Real" klubunu da zarafatla yada salıb.

"Gəl, bir, iki, üç – Hala Madrid!" – deyə Nurmaqomedov məşqçi ilə birlikdə şüarı səsləndirməyə çalışıb, lakin Enrike sadəcə gülümsəyib.

Çempionlar Liqasının finalında parislilər Milanın "İnter" klubunu 5:0 hesabı ilə məğlub ediblər. Görüş Almaniyanın Münhen şəhərində yerləşən "Allianz Arena" stadionunda baş tutub.

Xatırladaq ki, Nurmaqomedov uzun illərdir Madrid "Real"ının azarkeşidir. Son döyüşünü 2020-ci ilin payızında amerikalı Castin Qetjiyə qarşı keçirib və qələbə qazandıqdan sonra idman karyerasını bitirdiyini açıqlayıb. O, bu qərarını atasının vəfatından sonra anasına verdiyi "onsuz döyüşməyəcəyəm" sözü ilə izah edib. Karyerasını başa vurduqdan sonra isə "Eagle FC" adlı döyüş təşkilatını yaradıb.

Oxşar xəbərlər

Vətən müharibəsinin başlamasından 4 il ötür
UFC ilk dəfə Azərbaycanda!
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər