Azərbaycan minifutbol millisinin baş məşqçisi: "Dünya çempionluğunu xalqımıza ərmağan edirəm"
Far.Az xəbər saytı

Azərbaycan minifutbol millisinin baş məşqçisi: "Dünya çempionluğunu xalqımıza ərmağan edirəm"


Azərbaycanın minifutbol millisinin baş məşqçisi Elşad Quliyev Macarıstan üzərində qələbə qazanaraq dünya çempionu olmalarını şərh edib.

"Report" xəbər verir ki, mütəxəssis qazanılan qələbəyə görə Azərbaycan xalqını təbrik edib:

"Bütün xalqımızı təbrik edirəm. Çox gözəl qələbə oldu. Bunu xalqımıza ərmağan edirəm. Bu qalibiyyətdə əməyi olan hər kəsə, rəhbərliyə təşəkkür edirəm. Möhtəşəm qələbə idi. Bu hissləri yaşamaq lazımdır. Futbolda uduzmaq və qələbə qazanmaq da olur. Bütün oyunlara yüksək templə başlayarıq. Bu dəfə bütün istədiklərimizi həyata keçirə bildiyimiz üçün böyük hesab qeydə alındı".

Qeyd edək ki, Azərbaycan yığması finalda Macarıstana 4:2 hesabı ilə qalib gələrək mundialın qalibi olub.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Budapeştdə Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib
Azərbaycan minifutbol millisinin baş məşqçisi: "Möhtəşəm qələbə qazandıq"
Azərbaycan minifutbol millisinin baş məşqçisi: "Finala yüksəlmək möhtəşəm duyğudur"
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər