Cəfər Cabbarlı ilə tanışlıqdan sonra həyatı tamamilə dəyişən aktyor
"Retro Baku"nun yeni buraxılışı rejissor və aktyor Məmməd Əlilinin xatirəsinə həsr olunub.
Məmməd Əlili İçərişəhərdə kasıb ailədə doğulmuş, uşaqlıq illərində müxtəlif işlərdə çalışaraq ailəsinə dəstək olmuşdur. Onun həyatı Cəfər Cabbarlı ilə tanışlıqdan sonra tamamilə dəyişib.
C.Cabbarlı onu məktəbə və teatra gətirib, aralarında illərlə davam edən səmimi dostluq yaranıb. 1932-ci ildə Moskvada teatr sahəsində təcrübə qazanan M.Əlili rejissorluq sənətində peşəkarlaşmağa başlayıb. "Dənizi fəth edənlər" filminin çəkilişi zamanı həyatını riskə ataraq əsl şücaət nümayiş etdirib.
O, Neft Daşlarında aylarla qalaraq dəniz mövzusunda filmlərin ərsəyə gəlməsində mühüm rol oynayıb. Dostu Aydın Kazımzadənin sözlərinə görə, bir dəfə C.Cabbarlı onu evinə qonaq çağırıb. Sonradan evdə pulların itməsi ilə bağlı vəziyyət gərginləşib.
C.Cabbarlı pulların azaldığını deyərək onu oğurluqda ittiham edib. Lakin sonradan məlum olub ki, bu hadisə C.Cabbarlının yazdığı obraz üçün qurduğu psixoloji təcrübə imiş.
Ətraflı Baku TV-nin süjetində:
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Dəfn pulu"nu almaq ASANLAŞDIRILIR
-
Elvin Kazımov Tailandda muaytay yarışında birinci yerə çıxıb
-
DİN qanunsuz silah saxlayanlara ÇAĞIRIŞ ETDİ
-
Azərbaycanda keçiriləcək Ümumdünya Ətraf Mühit Gününün tarixi məlum olub
-
WUF13-ə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin növbəti monitorinqi olacaq
-
"Nar" beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu













