Heyvanlar üçün bioloji preparatlar istehsal edən obyektlərin qeydiyyat xərcləri ləğv edilib
Far.Az xəbər saytı

Heyvanlar üçün bioloji preparatlar istehsal edən obyektlərin qeydiyyat xərcləri ləğv edilib


Heyvanlar üçün bioloji preparatlar istehsal edən obyektlərin qeydiyyat xərcləri ləğv edilib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Lisenziyalar və icazələr haqqında" qanunda dəyişikliyi təsdiqləyib.

Belə ki, baytarlıq preparatlarının istehsalı fəaliyyəti "Lisenziyalar və icazələr haqqında" qanuna əsasən lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısına daxil edilmişdir və heyvanlar üçün bioloji preparatlar istehsalı obyektlərinin qeydiyyatı üçün ilkin olaraq lisenziya alınması tələb olunur. Lisenziyanın verilməsi üçün "Dövlət rüsumu haqqında qanunla müəyyən edilmiş miqdarda dövlət rüsumu ödənilməlidir.

Heyvanlar üçün bioloji preparatlar istehsalı obyektlərinin qeydiyyatı ayrıca qaydalarla deyil, lisenziya verən orqanın (İqtisadiyyat Nazirliyinin) "Lisenziyalar və icazələr haqqında" qanuna uyğun olaraq təqdim etdiyi məlumatlar əsasında lisenziya verilmiş fəaliyyət növü üzrə müvafiq nəzarət orqanı (Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi) tərəfindən həyata keçiriləcək və qeydiyyatla bağlı yaranan xərclər ləğv ediləcək.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycanda qaz təsərrüfatı obyektlərinin istismarı üçün dövlət rüsumu iki dəfədən çox artırıldı
"Baytarlıq haqqında" Qanuna dəyişiklik edildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər