Bakıda oyuncaq silahla qorxu yaradan sürücü həbs edilib
Far.Az xəbər saytı

Bakıda oyuncaq silahla qorxu yaradan sürücü həbs edilib


Sosial şəbəkədə paytaxtda avtomobildən oyuncaq silaha bənzər əşya nümayiş etdirilərək təşviş yaradılması ilə bağlı yayılan görüntülər polis tərəfindən araşdırılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli Far.Az-ə bildirib ki, "Hyundai" markalı avtomobildə hərəkət zamanı oyuncaq silahla ətrafda olan insanlarda təşviş və qorxu yaradan 24 yaşlı sürücü müəyyən olunaraq saxlanılıb.

"O, inzibati qaydada həbs olunub. İstər real, istərsə də oyuncaq silah vasitəsilə cəmiyyətdə təhlükə və panika yaratmaq hüquqi məsuliyyətə səbəb olur".

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Qaraçuxurda manyak peyda olub? - Polis həmin şəxsi tapdı
Azərbaycan Daxili Qoşunlarının yaradılmasından 34 il ötür

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər