Gəncədə qohumlar arasında dava düşüb, 59 yaşlı kişi saxlanılıb
Gəncə şəhərində qohumlar arasında mübahisədə beş nəfər yaralanıb, saxlanılan var.
Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidməti Gəncə Regional Qrupundan Far.Az-ə bildirilib ki, Gəncə şəhərində qohumlar arasında baş verən insident nəticəsində Göygöl sakini Ə.Alışanov kəsici alət xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Polis tərəfindən hadisəni törətməkdə şübhəli bilinən 59 yaşlı Zakir Sadıqov saxlanılıb.
Faktla bağlı Gəncə BPİ-də cinayət işi başlanıb.
***08:54
Gəncədə qohumlar arasında mübahisədə beş nəfər yaralanıb.
Far.Az "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb.
Mübahisə zəminində 1980-ci il təvəllüdlü Əli Alışanov bıçaqlanıb, daha sonra isə balta ilə xəsarət alıb.
Onun həyat yoldaşı Aynur Alışanova və 25 yaşlı oğlu Alim Alışanov isə döyülərək müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
İlkin məlumata görə, onlar qudaları ilə aralarında yaranmış mübahisə zəminində xəsarət alıblar.
Xəstəxanaya yerləşdirilmiş Ə.Alışanovun vəziyyəti ağır qiymətləndirilir.
Bundan başqa, mübahisə zamanı qarşı tərəfdən 1966-cı il təvəllüdlü Zakir Sadıqov və onun oğlu 1999-cu il təvəllüdlü Elşən Sadıqov da xəsarət alıblar.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Gəncədə qohumlar arasında mübahisə düşüb, xəsarət alanlar var
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Gəncədə ər və arvadı bıçaqlanıb, onlardan biri ölüb - YENİLƏNİB
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub













