Azərbaycan Macarıstanla iqtisadi əməkdaşlıq məsələlərini müzakirə edib
İqtisadiyyat Nazirliyində Macarıstanın xarici iqtisadi əməkdaşlığın inkişafına dair xüsusi tapşırıqlar üzrə səfiri ilə görüşdə iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edilib.
BAKU.WS bu barədə nazirliyə istinadən xəbər verir.
Məlumata görə, nazir Mikayıl Cabbarov Macarıstanın xarici iqtisadi əməkdaşlığın inkişafına dair xüsusi tapşırıqlar üzrə səfiri, "4iG Space and Defence Technologies Plc." şirkətinin sədri Gellert Yasai ilə görüşüb.
Azərbaycan-Macarıstan iqtisadi-ticarət əlaqələrinin uğurlu inkişafı, xüsusilə energetika sahəsində mövcud əlaqələr vurğulanıb. Qarşılıqlı faydalı əməkdaşlığın əhəmiyyəti diqqətə çatdırılıb, gələcək tərəfdaşlıq perspektivləri müzakirə edilib.
Görüşdə Azərbaycanın əlverişli biznes mühiti qeyd edilib. "4iG Space and Defence Technologies Plc." şirkətinin ölkəmizin inkişaf edən ekosistemində investisiya yatırmaqda maraqlı olduğu bildirilib.
Tərəflər ticarət və investisiya, nəqliyyat-tranzit əməkdaşlığının genişləndirilməsi, sənaye zonalarında birgə müəssisələrin yaradılması və texnologiya transferi imkanları ətrafında fikir mübadiləsi aparıb.
"4iG Group" Macarıstanın informasiya texnologiyaları (İT) və telekommunikasiya şirkətidir. Əsas fəaliyyət sahələrinə İT xidmətləri, telekommunikasiya, peyk texnologiyaları və kosmik sənaye daxildir.
Qalereya
Oxşar xəbərlər
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Budapeştdə Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
Bəhrəmtəpə hidroqovşağında təmirə görə İmişlidə suarma kanallarına suyun verilməsi dayandırılacaq
-
İstanbul hava limanında sərnişinin baqajından 12,8 kq narkotik aşkarlanıb
-
"SpaceX" ilk dəfə orbital uçuşdan sonra "Starship" gəmisini uğurla tutub
-
Ağstafada sursat partlayışı nəticəsində xəsarət alan şəxsin durumu açıqlanıb













