Şəmkirdə kişi qızının toyundan sonra arvadının burnunu sındırdı
Şəmkirdə kişi qızının toyundan qayıdıb arvadını döyüb.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, hadisə toya yığılan pula görə olub. Şəmkir rayonunun Kür qəsəbə sakini, 1975-ci il təvəllüdlü Babək Sarıyev qızına toy edib.
Toy məclisi başa çatandan sonra o, həyat yoldaşı Rəsmiyyə və baldızı Pərvanə ilə evə qayıdıblar. Kişi həyat yoldaşından toya yığılan pulun siyahısını istəyəndə baldızı Pərvanə onunla mübahisə edib və Rəsmiyyəyə tapşırıb ki, pulu ərinə verməsin. Babək isə ona işlərinə qarışmamağı tapşırıb. Nəticədə mübahisə yaranıb və Babək baldızını evindən qovub. Bu vaxt Rəsmiyyə bacısı Pərvanə ilə birləşib ərinə hücum edib. Babək Sarıyev onlara müqavimət göstərərkən həyat yoldaşını yumruqla vurub. Hadisə nəticəsində Rəsmiyyənin burnu sınıb, bədən xəsarətləri alıb.
Hadisə yerinə polis əməkdaşları gəliblər, faktla bağlı cinayət işi başlanıb.
Cinayət işinin istintaqı yekunlaşaraq iş məhkəməyə göndərilib.
Şəmkir Rayon Məhkəməsi tərəflər arasında barışıq əldə edildiyi üçün B.Sarıyevi məsuliyyətdən azad edib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
MAXE-dən dəhşətli hərəkət: dörd qadını yatağa saldı, pullarını aldı, onları videoya çəkdi – TƏFƏRRÜAT
Dörd qadını yatağa saldı, pullarını aldı, onları videoya çəkdi
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Kişi arvadını və intim əlaqədə olduğu ustanı öldürdü - Cinayətin TƏFƏRRÜATI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub













