"TransLogistica Caspian" sərgisində "Dəmiryol nəqliyyatının rəqəmsallaşdırılması" mövzusunda panel keçirilib
Far.Az xəbər saytı

"TransLogistica Caspian" sərgisində "Dəmiryol nəqliyyatının rəqəmsallaşdırılması" mövzusunda panel keçirilib


22-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisi ("TransLogistica Caspian") çərçivəsində "Dəmiryol nəqliyyatının rəqəmsallaşdırılması" mövzusunda panel təşkil olunub.

"Azərbaycan Dəmir Yolları" QSC-dən Far.Az-ə verilən məlumata görə, müzakirələr zamanı TRACECA layihəsinin iştirakçısı olan ölkələrin dəmiryol təşkilatlarının tətbiq etdiyi rəqəmsal həllərdən və qarşılıqlı təcrübə mübadiləsindən söz açılıb.

Paneldə iştirak edən "Azərbaycan Dəmir Yolları" QSC-nin Rəqəmsal inkişaf departamentinin baş məsləhətçisi Asif Hüseynov ADY-nin yükdaşıma əməliyyatlarının rəqəmsallaşdırılması istiqamətində gördüyü işlərdən danışıb, qonşu ölkələrlə effektiv elektron məlumat mübadiləsinin aparıldığını, rəqəmsal həllərin tətbiqi nəticəsində əməliyyatların sürətləndiyini bildirib.

Panel iştirakçıları dəmiryol əməliyyatlarının rəqəmsallaşdırılmasının regionda nəqliyyat sahəsində əməkdaşlığı daha da gücləndirdiyini və yeni imkanlar yaratdığını qeyd ediblər.

Oxşar xəbərlər

Şimaldan Cənuba, Qərbdən Şərqə uzanan yollar: Azərbaycanın nəqliyyat-logistika sahəsində uğurları
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakı növbəti dəfə "TransLogistica Caspian" sərgisinə ev sahibliyi edəcək
Neft sisternlərindən transkontinental qatarlara: Azərbaycan dəmir yollarının inkişaf yolu və nailiyyətləri

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər