Azərbaycanın U-21 millisi yoxlama oyununda Belarusla qarşılaşıb
Far.Az xəbər saytı

Azərbaycanın U-21 millisi yoxlama oyununda Belarusla qarşılaşıb


21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışı çərçivəsində bu gün yoxlama görüşü keçirib.

Far.Az "Report"a istinadən xəbər verir ki, təmsilçimiz Baranoviçi şəhərində bu ölkənin müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşıb.

Bakı vaxtı ilə saat 20:00-da başlayan görüş rəqibin qələbəsi ilə yekunlaşıb - 3:1.

Yığmanın yeganə qolunu 22-ci dəqiqədə Raul Məmmədov vurub.

Qeyd edək ki, Ayxan Abbasovun baş məşqçisi olduğu U-21 millimiz iyunun 8-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Monteneqronun müvafiq yaş qrupundan ibarət komandası ilə yoldaşlıq görüşü keçirəcək.

Oxşar xəbərlər

Azərbaycan millisi Haitiyə məğlub olub
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Azərbaycan - Haiti oyununda ilk hissə başa çatıb
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
UEFA Millətlər Liqası: Azərbaycan yığması İsveçə məğlub olub - YENİLƏNİB - 7

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər