Minaya düşərək ölən jurnalist Sirac Abışovun son anlarında nə yaşandı?
Baku TV-nin "Retro Baku" verilişinin budəfəki buraxılışı Azərbaycan Televiziyasının (AzTV) şəhid operatoru Sirac Abışova həsr olunub.
Qardaşı ilə bağlı xatirələrini bölüşən Şirzad Səmədov uşaqlıqda həmişə müharibə mövzulu oyunlar oynadıqlarını, bu zaman isə Sirac Abışovun özünü Milli Qəhrəman Çingiz Mustafayevə bənzətdiyini deyib. O, qardaşının şəhid olma xəbərini necə almasından danışıb.
"Hadisə günü iş yoldaşım mənə zəng edərək qardaşımın minaya düşdüyünü dedi. Həmin anı sözlə ifadə edə bilmirəm. Onunla son görüşümüz doğulduğumuz Qubadlı rayonunun Dondarlı kəndində olub. Sirac xatirələrimdə həmin gün olduğu kimi qaldı", ‒ deyə o bildirib.
Minaya düşən zaman Sirac Abışovla birlikdə olan Emin Məmmədov həmin günü belə xatırlayır: "Video çəkəndə birdən havaya qalxdıq. Şokda idik. Özümə gələndə Məhərrəmlə Siracın olmadığının fərqinə vardım. Siracı çağırdım, amma səs vermədi. Cəsədini tapanda əli havada qalmışdı, sanki harasa dırmaşmaq istəyib. Mənə elə gəlir ki, o, 20-25 dəqiqə can verib".
Ətraflı süjetdə:
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bu gün şəhid jurnalist Sirac Abışovun doğum günüdür
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
Bəhrəmtəpə hidroqovşağında təmirə görə İmişlidə suarma kanallarına suyun verilməsi dayandırılacaq
-
"Bitly" "X"də kiber hücumun fəsadlarını aradan qaldırmağa çalışır
-
Ağstafada sursat partlayışı nəticəsində xəsarət alan şəxsin durumu açıqlanıb
-
Sabah Bakıda bu ərazilərdə su olmayacaq
-
ABŞ HDQ-nin üçüncü təyyarədaşıyan gəmisi Yaxın Şərqə gəlib













