Çövkən üzrə Azərbaycan millisi ilk dəfə Avropa çempionu oldu
Beynəlxalq Çövkən Federasiyasının təşkilatçılığı ilə iyunun 5-7-də Polşada keçirilən çövkən üzrə Avropa çempionatının final qarşılaşması baş tutub.
BAKU.WS xəbər verir ki, tarixi nəticə ilə yadda qalan yarışmada Azərbaycan milli komandası ilk dəfə Avropa çempionu olub.
Final oyununda Azərbaycan yığması Malta komandası ilə qarşılaşıb və 6:2 hesabı ilə inamlı qələbə qazanıb. Bu nəticə ilə komandamız turnirin kubokuna sahib çıxıb və çövkən tarixində yeni bir səhifə açıb.
Qeyd edək ki, iyunun 5-də start götürən turnirdə 6 ölkə – Azərbaycan, Türkiyə, Macarıstan, Malta, Polşa və Böyük Britaniya iştirak edib.
Püşkatma nəticəsində Azərbaycan milli komandasının ilk oyunu Türkiyə yığması ilə olub və komandamız bu görüşdən 3:0 hesablı qələbə ilə ayrılıb.
Yarımfinal mərhələsində isə milli komandamız Macarıstan yığmasına qarşı mübarizədə üstünlüyünü davam etdirərək 4:0 hesablı qələbə qazanıb.
Beynəlxalq çövkən təqviminə əsasən, növbəti kontinental mötəbər yarışlar sentyabrın əvvəlində Özbəkistanda Asiya, sentyabrın sonunda Nigeriyada Afrika və noyabr ayında isə Buenos-Ayresdə Cənubi Amerika çempionatları keçiriləcək.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Polşada Çövkən üzrə III Baş Assambleya və Avropa Çempionatının püşkatması keçirildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb
-
Bakı metrosu bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
-
NYT: Ağ Evin yeni Aparat rəhbəri Trampı İranla müharibəyə son qoymağa çağırıb
-
"Çıraq" platformasından hasil olunan neft və qazın həcmi açıqlanıb
-
Azərbaycan neftinin qiyməti 107 dolları ötüb
-
Kənd Təsərrüfatı Nazirliyi Zəfər Gününə həsr olunmuş videoçarx hazırlayıb













