Kühül dağı zəbt edilib? - "Bura millətindir, hər hansı vətəndaşın şəxsi mülkiyyəti deyil"
Sabunçu rayonu Bakıxanov qəsəbəsindəki Kühül dağı Bakı sakinlərinin, xüsusilə də alpinistlərin və alpinizmə marağı olanların sevimli məkanlarından biridir. Alpinistlərin sözlərinə görə, son vaxtlar ərazi baxımsız vəziyyətdə qalıb və zəbt edilir.
"Bura millətindir, hər hansı vətəndaşın şəxsi mülkiyyəti deyil ki, gəlib ev tiksin. Bilmirəm, bu problemin öhdəsindən gələn yoxdur, yoxsa həlli ilə məşğul olan aidiyyəti qurum mövcud deyil?" - deyə alpinist Fərdin İsazadə narazılığını bildirib.
Məsələ ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyətindən bildirilib ki, Bakıxanov qəsəbəsi, 4-cü Bərgüşad küçəsində satışının həyata keçirildiyi deyilən torpaq sahələri "Kühül dağı" adlanan təbiət abidəsinin üzərindədir.
Qeyd edilən torpaq sahəsində hər hansı tikinti-quraşdırma işlərinin aparılmaması üçün "Azərbaycan Alpinizm Federasiyası" İctimai Birliyi və Bakıxanov bələdiyyəsindən Sabunçu Rayon İcra Hakimiyyətinə bir neçə müraciət daxil olub.
Müraciətlərə əsasən, torpaq sahələrində tikinti-quraşdırma işlərinin həyata keçirilməsinə icazə verilməsi barədə Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən inzibati icraat başlanıb. Bununla bağlı torpaq sahələrinin mülkiyyətçilərinə məlumat göndərilib. İnzibati icraat yekunlaşdıqdan sonra məsələ ilə bağlı son qərar tərəflərə bildiriləcək.
Ətraflı Baku TV-nin süjetində:
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Bir sıra heyvan kəsimi və ət satışı məntəqələrində nöqsanlar aşkarlanıb
Qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək ünvanlar açıqlanıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Cəlilabadda baş verən ağır qəzada bir nəfər ölüb, iki azyaşlı xəsarət alıb
-
Azərbaycan Premyer Liqası: "Sumqayıt" və "İmişli" turun son günündə qalib gəlib
-
Mədəyə faydalı qidalar açıqlandı – mütəxəssislərdən tövsiyələr
-
Ceyhun Bayramov Tailandın Baş naziri Anutin Çarnvirakul ilə görüşüb
-
Ceyhun Bayramov Banqkokda səfərdədir
-
"Tasnim": Tehran İran gəmisini saxladıqdan sonra ABŞ-nin hərbi gəmilərinə zərbə endirib













