İsrail ordusu Livanın cənubunda yaşayanlara XƏBƏRDARLIQ ETDİ
Far.Az xəbər saytı

İsrail ordusu Livanın cənubunda yaşayanlara XƏBƏRDARLIQ ETDİ


İsrail ordusu Livanın cənubunda yaşayanlara genişmiqyaslı təxliyə xəbərdarlığı edib.

BAKU.WS "The Times of Israel"ə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (İDQ) məlumat yayıb.

""Hizbullah"ın terror fəaliyyətləri İsrail Müdafiə Qüvvələrini ona qarşı sərt tədbirlər görməyə məcbur edir. Gərginlik davam edir... Buna görə də təhlükəsizliyiniz üçün sizi dərhal evlərinizi tərk etməyə və Zəhrani çayının şimalına köçməyə çağırırıq", - deyə ordu sözçüsü polkovnik Aviçay Adraee "X" hesabında bildirib.

İsrail Müdafiə Qüvvələri bu xəbərdarlığı son həftələrdə dəfələrlə təkrarlayıb.

Zəhrani çayı tarixən cənubi Livanı sərhəd kimi qəbul edilən Litani çayının şimalındadır.

Oxşar xəbərlər

Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
"Şəhərkənarı" ərazilərdə yaşayanlara ŞAD XƏBƏR
Bu günə qədər Azərbaycan vasitəsilə İrandan 725 nəfər təxliyə olunub
Son iki saatda İrandan Azərbaycana daha 9 nəfər təxliyə olunub
Son üç saatda İrandan Azərbaycana 50 nəfər təxliyə edilib - YENİLƏNİB-6

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər