Nicat Abasov: "Avropa çempionatının sonluğu bir qədər üzücü alındı"
Şahmat üzrə şəxsi Avropa çempionatının sonluğu bir qədər üzücü alınıb.
"Far.Az" xəbər verir ki, bunu Nicat Abasov Azərbaycan Şahmat Federasiyasının rəsmi saytına açıqlamasında deyib.
30 yaşlı qrossmeyster Polşanın Katovitse şəhərində keçirilmiş qitə birinciliyində gümüş medal qazanması ilə bağlı danışıb:
"Yarışın sonluğu bir qədər üzücü alındı. Son turlarda lider mövqeyində idim, X turda çox vacib qələbə qazana bilərdim. Həlledici turdan əvvəl Azərbaycanın 3 şahmatçısının çempionluq şansının olması sevindirici idi. Təəssüf ki, alınmadı. Ən çətin, fikrimcə, XI tur oldu. Sanki çempionatın finalında mübarizə aparırsan. Çempionluq şansımı bəlkə də X turda əldən verdim. Bir gedişə İspaniya təmsilçisini məğlub etmək olardı. Ümumilikdə fəxri kürsüdə iki azərbaycanlının olması ölkə adına böyük uğurdur. Yarışın ikinci yarısını daha yaxşı keçirən Məhəmməd Muradlı da medala layiq idi. Ümid edirəm ki, bu nəticə hamımıza əlavə stimul olacaq və növbəti yarışlarda da yaxşı nəticələr əldə ediləcək".
O, turnirdən əvvəl əsas hədəfin medal qazanmaq olduğunu bildirib:
"Avropa çempionatına yollanmamışdan əvvəl hədəf ən yüksək nəticə idi. Çünki son illər qitə çempionatında Dünya Kubokuna vəsiqə qazansam da, mükafatçılar sırasında yer almamışdım. Ötən il son tur ərəfəsində medallar uğrunda mübarizəni davam etdirirdim. 2025-ci ildəki yarışın son turunda qara fiqurlarla Almaniya təmsilçisi Mattias Blyubaumla heç-heçə oynadım. Yekunda medal qazana bilmədim, rəqib isə çempion oldu. Ona görə cari ildə əsas hədəf medal qazanmaq idi".
Xatırladaq ki, Polşada keçirilən Avropa çempionatında Nicat Abasov gümüş, Aydın Süleymanlı bürünc medal əldə edib. Digər təmsilçimiz Məhəmməd Muradlı yarışı 4-cü yerdə başa vurub.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Cəlilabadda baş verən ağır qəzada bir nəfər ölüb, iki azyaşlı xəsarət alıb
-
Ceyhun Bayramov Banqkokda səfərdədir
-
Ceyhun Bayramov Tailandın Baş naziri Anutin Çarnvirakul ilə görüşüb
-
Azərbaycan Premyer Liqası: "Sumqayıt" və "İmişli" turun son günündə qalib gəlib
-
Mədəyə faydalı qidalar açıqlandı – mütəxəssislərdən tövsiyələr
-
"Turan"ın voleybolçusu Ayşən Abduləzimova: "Bu gün sübut etdik ki, güclü tərəf bizik"













