Təmkin Xəlilzadə: "Mənə olan inamı doğrultduğum üçün qürurluyam"
"Dünya çempionu olmaq sözlə ifadə olunmaz hisslərdir".
Far.Az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında minifutbol üzrə Azərbaycan millisinin futbolçusu Təmkin Xəlilzadə deyib.
"Ölkəmizdə keçirilən dünya çempionatında qalib gəlmək həqiqətən də qürurverici hissdir. Professional futbolçu keçmişim olduğundan azarkeşlərin mənə olan inamı daha çox idi və bu məndə əlavə məsuliyyət yaradırdı. Bir dəfə dünya çempionu olduq deyə dayanmaq yoxdur. Bundan sonra titulumuzu qorumağa, üçqat-dördqat dünya çempionu, Avropa çempionu olmağı arzulayırıq və bunun üçün çalışacağıq. Hazırda dincəlib çempionluğun və bu anın dadını çıxaracağıq. Təxminən bir ay sonra məşqlərə başlayacağıq", -deyə T.Xəlilzadə bildirib.
Xatırladaq ki, Elşad Quliyevin rəhbərlik etdiyi Azərbaycan millisi minifutbol üzrə dünya çempionatının final matçında Macarıstan yığmasını məğlub edib. İyunun 1-də Milli Gimnastika Arenasında keçirilən qarşılaşma yığmanın 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Oxşar xəbərlər
İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edi
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan millisinin üzvü: "Avropa Minifutbol Federasiyası tərəfindən ilin müdafiəçisi seçilmək inanılmaz hissdir"
Təmkin Xəlilzadə: "Tanrıya şükürlər olsun ki, qələbə qazandıq"
Azərbaycanın minifutbol millisi Bakıda keçirilən dünya çempionatının qalibi olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb
-
Bakı metrosu bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
-
NYT: Ağ Evin yeni Aparat rəhbəri Trampı İranla müharibəyə son qoymağa çağırıb
-
"Çıraq" platformasından hasil olunan neft və qazın həcmi açıqlanıb
-
Azərbaycan neftinin qiyməti 107 dolları ötüb
-
Kənd Təsərrüfatı Nazirliyi Zəfər Gününə həsr olunmuş videoçarx hazırlayıb













