

Levon Mnatsakanyan: Aprel döyüşləri zamanı 18 döyüş mövqeyi itirdik
Bakı Hərbi Məhkəməsində iyunun 12-də davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Levon Mnatsakanyan 2016-cı ildə baş vermiş və şərti olaraq "Aprel döyüşləri" adlandırılan hadisələrlə bağlı dövlət ittihamını müdafiə edən prokurorun növbəti suallarını cavablandırıb.
Far.Az xəbər verir ki, həmin vaxt general-leytenant rütbəsi ilə qondarma rejimin "müdafiə naziri" olan L.Mnatsakanyan Aprel döyüşlərinin nəticələrinin Ermənistanda necə qiymətləndirilməsi barədə sualı cavablandırarkən, həmin döyüşlər zamanı 18 döyüş mövqeyi "itirdiklərini" bildirib.
Məhkəmədə L.Mnatsakanyanın Aprel döyüşləri ilə bağlı jurnalistlərə verdiyi iki müsahibəsindən bəzi hissələr də nümayiş etdirilib.
O, Aprel döyüşlərindən sonra verdiyi müsahibədə "Ümumi vəziyyət nəzarət altındadır, qoşunların döyüş hazırlığı müvafiq səviyyədədir, sərhədlərimiz möhkəmdir və etibarlı əllərdədir" deyir. L. Mnatsakanyan jurnalistin "Düzdür ki, qarşı tərəf də müdafiə olunur?" sualına "Bəli" cavabını verir.
Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin rəisi Nəsir Bayramovun "Müsahibdə barəsində danışdığınz qarşı tərəf kimdir və sizin hansı hücumdan müdafiə olunur?" sualına isə L.Mnatsakanyan konkret cavab verməyib.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
Oxşar xəbərlər
Levon Mnatsakanyan: Minalar Ermənistanda istehsal olunub Qarabağa gətirilirdi - MƏHKƏMƏ
Arayik Harutyunyan: Qondarma rejimdə "bank sistemi" Ermənistan Mərkəzi Bankı tərəfindən idarə olunurdu
Ermənistanın 2016 və 2020-ci illərdə Azərbaycanda mülki şəxslərə qarşı törətdiyi cinayətlərlə bağlı açıqlama
Azərbaycanın vaxtilə işğalda olan ərazilərində "parad" üçün silahların Ermənistandan gətirildiyi etiraf edilib
Qaradağlı faciəsi ilə bağlı sənədlər məhkəmədə tədqiq olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sabirabadda traktor yanıb
-
Sumqayıtda güllələnm: Bir nəfər ölüb
-
İmtahanda 6 nəfərdə mobil telefon aşkarlanıb
-
DİN: İstirahət zonalarına əlavə polis əməkdaşları cəlb edilib
-
Bakı-Tbilisi uçuşunda dəyişiklik edilib? - AZAL-dan AÇIQLAMA
-
Azərbaycana gələn turistlər niyə hotellərə deyil, kənd evlərinə üz tutur?