

Levon Mnatsakanyan: "Arayik Arutyunyanın istəyi ilə Hadrut və Suqovuşan istiqamətlərində olmuşam"
İyunun 13-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Levon Mnatsakanyan prokurorun suallarını cavablandırarkən 2020-ci ildə 44 günlük müharibə zamanı qondarma qurumun "prezident"i Arayik Arutyunyanın istəyi ilə bir neçə istiqamətdə olduğunu bildirib.
Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, o, həmin vaxt heç bir vəzifə tutmadığını, təqaüddə olduğunu söyləyib.
A.Arutyunyan ona iki dəfə - oktyabrın 14-də və noyabrın 3-də, yaxud 4-də (dəqiq günü xatırlamır - red.) müraciət edərək təhlükəsizlik, mülki müdafiə işləri ilə əlaqədar yerli "hakimiyyət orqanları"na kömək etməyi və artilleriyanın vəziyyətini yoxlamağı tapşırıb. L.Mnatsakanyan da öz növbəsində qeyd olunanlarla bağlı Hadrut, Suqovuşan və digər istiqamətlərdə olub.
Bu zaman məhkəmədə növbəti sübut tədqiq olunub. 44 günlük müharibə zamanı çəkilmiş videokadrlarda Şuşakənddə məktəbin sinif otağında hərbi müşavirə keçirildiyi görünür.
Videokadrlarda Levon Mnatsakanyan da görünür.
Müşavirəni Samvel Babayan (qondarma rejimin keçmiş "müdafiə naziri", keçmiş "təhlükəsizlik şurasının katibi" - red.) keçirir. Videokadrlarda Azərbaycan hərbçilərinə qarşı hücum müzakirə edilir. Samvel Babayan bildirir ki, "orada xəritədə minalanmış sahə var, həmin o minalanmış sahə ilə keçməyin, partlayar". O, daha sonra deyir: "Sığnağın altı ilə oradan bura kilsə tərəf 1-1.5 kilometrdir. Oradan "karyer"lə yol var. Həmin yol bağlanmalıdır. Deməli, tapşırıq düşməni Şuşada mühasirəyə almaqdır. Bizim sabahkı fəaliyyətimiz bütün Qarabağın taleyini həll edəcək. Qarabağın taleyi bizim sabahkı fəaliyyətimizdən asılıdır. Qarabağın taleyi asılıdır. Nə dediyimi başa düşürsünüz...
...Kim hansı tapşırığı alırsa, o tapşırığı da icra etməlidir. Yəni ki, biz düşmənin arxa yolunu, çıxışını bağlamalıyıq. Bizə lazım olan mövqeləri sürətli şəkildə tutmalıyıq. Səhər saat 6-da biz orada oluruq. Heç kim geçikmir. Otururuq bir saat nəzarət edirik, baxırıq. Saat 7-də artıq yarılma başlayır. Artilleriya təxminən 15 dəqiqə işləyir. Çünki biz hücuma keçəcəyik. Bir-birimizi başa düşdük, bir-birimizi tapa biləcəyik? Telefonları, hər şeyi bir-birinizə vermisiniz?".
Sübutun tədqiqindən sonra Levon Mnatsakanyan prokurorun suallarını cavablandırarkən müşavirədəki müzakirələrdə iştirak etmədiyini iddia edib, səhəri günə planlaşdırılan hücumun baş tutmadığını bildirib.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan vətəndaşlarının məhkəməsi davam etdirilir.
Oxşar xəbərlər
Vətən müharibəsinin başlamasından 4 il ötür
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Levon Mnatsakanyan: Minalar Ermənistanda istehsal olunub Qarabağa gətirilirdi - MƏHKƏMƏ
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sabirabadda traktor yanıb
-
Sumqayıtda güllələnm: Bir nəfər ölüb
-
İmtahanda 6 nəfərdə mobil telefon aşkarlanıb
-
DİN: İstirahət zonalarına əlavə polis əməkdaşları cəlb edilib
-
Bakı-Tbilisi uçuşunda dəyişiklik edilib? - AZAL-dan AÇIQLAMA
-
Azərbaycana gələn turistlər niyə hotellərə deyil, kənd evlərinə üz tutur?