Lavrov: Rusiya İsrailin hərbi əməliyyatını pisləyir
Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Abbas Əraqçi ilə telefonla danışıb.
Far.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Söhbət zamanı Lavrov Moskvanın İranın nüvə proqramı ətrafında vəziyyətin nizamlanması, eləcə də İran və İsrail arasında münaqişənin deeskalasiyasına kömək etmək üçün səyləri davam etdirməyə hazır olduğunu vurğulayıb.
Qeyd olunur ki, söhbət Rusiya və İran prezidentləri Vladimir Putinlə Məsud Pezeşkian arasında iyunun 13-də baş tutan telefon danışığının davamı olaraq Tehran tərəfinin təşəbbüsü ilə baş tutub: "Rusiya tərəfi bir daha vurğulayıb ki, Moskva İsrailin İrana qarşı BMT Nizamnaməsi və beynəlxalq hüququ pozmaqla həyata keçirdiyi hərbi əməliyyatı pisləyir", - bəyanatda vurğulanıb.
Həmçinin bildirilib ki, Lavrov İran ərazisinə endirilən zərbələr nəticəsində çoxsaylı insan tələfatı, o cümlədən mülki şəxslərlə bağlı həmkarına başsağlığı verib.
Qeyd edək ki, iyunun 13-də gecə saatlarında İsrail İrana qarşı "Yüksələn Şir" ("Rising Lion") əməliyyatını həyata keçirib. İsrail Hərbi Hava Qüvvələri (HHQ) xüsusilə İranın hərbi və nüvə obyektlərinə zərbələr endirib.
Nəticədə İran Silahlı Qüvvələri Baş Qərargahının rəisi, general Məhəmməd Hüseyn Baqeri, İslam İnqilabı Keşikçiləri Korpusunun komandanı general Hüseyn Səlami, bir sıra digər hərbi rəhbərlər, həmçinin nüvə alimləri ölüb. Hücumlar nəticəsində İranın mülki əhalisi arasında da ölənlər var.
Öz növbəsində, İran da İsrailə cavab zərbələri endirib.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
İran-İsrail müharibəsi – onun bitəcəyi gün uzaqda deyil - ANALİZ
Qərbə anons verən İranın Rusiyaya hücumu - hamıya açıq olacaq Zəngəzur yolu - ŞƏRH
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Xilasedici" CEV Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
-
Serbiyanın kəşfiyyat xidmətinin direktor müavini vəzifəsindən azad edilib
-
Azərbaycan daxil olmaqla, 50 ölkənin lideri Dublində EPC sammitində bir araya gələcək
-
Azərbaycan qeyri-neft-qaz ixracını 21 %-ə yaxın artırıb
-
Qazaxıstan COP31-də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.
-
Çexiya dronlara qarşı mübarizə üçün Ukraynaya 16 təyyarə verə bilər













