İsraildə müharibəyə görə Baş nazirin oğlunun toyu təxirə salındı
Far.Az xəbər saytı

İsraildə müharibəyə görə Baş nazirin oğlunun toyu təxirə salındı


İsraildə İranla davam edən müharibə səbəbindən Baş nazir Benyamin Netanyahunun oğlu Avner Netanyahu ilə nişanlısı Amit Yardeni-nin toyu qeyri-müəyyən vaxta qədər təxirə salınıb.

Far.Az xəbər verir ki, toy mərasimi iyunun 17-də "Ronit" adlı tədbir məkanında keçirilməli idi. Lakin İsrailin İrana qarşı hərbi əməliyyatlara başlaması və ölkənin daxili cəbhəsində fövqəladə vəziyyətin elan olunması səbəbindən toplaşmalara qadağa qoyulub.

Bu qadağalar tədrisin dayandırılmasına, ictimai tədbirlərin və konsertlərin ləğv olunmasına da səbəb olub. Belə şəraitdə Netanyahunun ailəsi toyun keçirilməsinin mümkünsüz olduğunu bəyan edərək, qonaqlara və tədbir təşkilatçılarına rəsmi bildiriş göndərib.

Toyun yeni tarixi hələlik açıqlanmayıb.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər