AZAL və "Özbəkistan Hava Yolları" yeni kod-şerinq müqaviləsi imzalayıb
Far.Az xəbər saytı

AZAL və "Özbəkistan Hava Yolları" yeni kod-şerinq müqaviləsi imzalayıb


"Azərbaycan Hava Yolları" QSC (AZAL) və "Özbəkistan Hava Yolları" ("Uzbekistan Airways") şirkəti arasında yeni kod-şerinq müqaviləsi imzalanıb.

BAKU.WS bu barədə AZAL-a istinadən xəbər verir.

Məlumata görə, müqavilə tərəflərə birgə uçuşlar həyata keçirmək, tərəfdaşın reyslərində öz kodları ilə bilet satmaq və sərnişinlərə daha geniş marşrut və seçim təqdim etmək imkanı verir.

Yeni əməkdaşlıq sərnişinlərə Bakı və Daşkənd arasında səyahətlərini planlaşdırarkən daha çox rahatlıq təqdim edir. İndi səyahətçilər hər iki aviaşirkətin həyata keçirdiyi həftədə 9 uçuş arasında ən uyğun variantı seçə bilərlər.

Həmçinin müqavilə tranzit sərnişinlər üçün imkanları genişləndirir, Bakı və Daşkənddəki hava limanları vasitəsilə daha rahat bağlantılar ilə beynəlxalq marşrutlara çıxışı asanlaşdırır.

Bundan əlavə, "Uzbekistan Airways" aviaşirkətinin sərnişinləri Özbəkistanın ikinci mühüm turizm və mədəniyyət mərkəzindən komfortlu və rahat uçuşlar üçün "Azərbaycan Hava Yolları"nın Bakı–Səmərqənd–Bakı marşrutunda təqdim etdiyi imkanlardan yararlana biləcəklər.

Oxşar xəbərlər

AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
30 illiyini qeyd edən Azərbaycan enerjisinin ötən ilinə baxış

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər