Rusiya, Belarus, İspaniya vətəndaşları İrandan Azərbaycana təxliyə olunub
Far.Az xəbər saytı

Rusiya, Belarus, İspaniya vətəndaşları İrandan Azərbaycana təxliyə olunub


Rusiya, Belarus, İspaniya və digər ölkələrin vətəndaşları kiçik qruplar şəklində "Astara" dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə İrandan Azərbaycana təxliyə edilib.

Far.Az "Report"a istinadən xəbər verir ki, təxliyə olunanlar arasında Rusiya vətəndaşları üstünlük təşkil edir.

Bu gün axşama doğru intensivlik müşahidə olunur. Qeyd edək ki, təxliyə edilənlər ölkələrinə qayıtmaları üçün avtobuslarla hava limanına aparılır. Hazırda keçid məntəqəsi 24 saat fasiləsiz rejimdə faəliyyət göstərərək İrandan təxliyə olunan əcnəbiləri qəbul edir.

Xatırladaq ki, daha əvvəl Portuqaliya, Filippin və Finlandiya vətəndaşları Azərbaycan sərhədindən keçərək İrandan təxliyə olunub.

***19:36

Bir qrup Belarus Respublikası vətəndaşlarının Azərbaycan Dövlət Sərhədindən Buraxılış Məntəqəsindən keçidi başlayıb.

Far.Az apa-ya istinadən xəbər verir ki, qrup üzvləri arasında azyaşlılar da var.

Qeyd edək ki, gün ərzində Azərbaycan dövləti vasitəsilə öz ölkələrinə getmək istəyənlərin təxliyəsi davam edir.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Portuqaliya, Filippin və Finlandiya vətəndaşları Azərbaycan sərhədindən keçərək İrandan təxliyə olunur
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər