İlham Əliyev Şimali Makedoniya Assambleyasının sədrini qəbul edib
Far.Az xəbər saytı

İlham Əliyev Şimali Makedoniya Assambleyasının sədrini qəbul edib


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 17-də Şimali Makedoniya Respublikası Assambleyasının sədri Afrim Qaşini qəbul edib.

BAKU.WS xəbər verir ki, söhbət zamanı Azərbaycanla Şimali Makedoniya arasında münasibətlərin inkişafından məmnunluq bildirildi, əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğu vurğulandı.

Əlaqələrimizin möhkəmlənməsində müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin önəminə toxunuldu, bu xüsusda Şimali Makedoniya Prezidentinin ölkəmizə rəsmi səfəri və keçirilən səmərəli müzakirələr qeyd olundu.

Qonaq vurğuladı ki, Şimali Makedoniya Azərbaycanı dost ölkə kimi qəbul edir.

Görüşdə ölkələrimiz arasında siyasi, iqtisadi, enerji və digər sahələrdə əlaqələrimizin perspektivlərinə dair müzakirələr aparıldı, Azərbaycan və Şimali Makedoniyanın qanunverici orqanları arasında əməkdaşlığın genişlənməsindən məmnunluq ifadə olundu.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər