Rəşad Sadıqov: Komandamdan əzmkar, baxımlı futbol gözləyirəm
Komandamdan əzmkar, baxımlı futbol gözləyirəm.
"Far.Az"un məlumatına görə, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Kiprin "Omoniya" komandasına qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib.
Mütəxəssis ilk matçda böyükhesablı məğlubiyyətə baxmayaraq, cavab qarşılaşmasına ciddi hazırlaşdıqlarını bildirib:
"İlk görüşdə böyük hesabla uduzduq. Fərqli ab-havada bu qarşılaşmaya hazırlaşmaq istəyərdik. Nəticənin pozitiv olması üçün əlimizdən gələni edəcəyik. Qələbə bizim üçün vacibdir. Komandamdan əzmkar, baxımlı futbol gözləyirəm".
R.Sadıqov ötən həftə ardıcıl məğlubiyyətlər aldıqlarını və futbolda bu cür nəticələrin olduğunu söyləyib:
"Futbolda hər şey gözlədiyimiz kimi olmur. Kiprdə ən uğursuz matçımızı oynadıq. Buraxdığımız qollara baxanda həyəcan, məyusluq və sair görünürdü. İstər-istəməz məyusluq var. Sabahkı oyuna köklənəcəyik. İlk görüşdəki nəticəni unutdurmağa çalışacağıq".
Qeyd edək ki, avqustun 29-da "Dalğa Arena"da təşkil olunacaq görüş saat 20:00-da start götürəcək. Kiprdəki ilk matçda "Omoniya" 6 cavabsız qolla qalib gəlib.
Oxşar xəbərlər
UEFA Konfrans Liqası: "Zirə" "Omoniya" səfərində böyük hesabla məğlub olub - YENİLƏNİB - 8
UEFA Konfrans Liqası: "Zirə" "Omoniya" səfərində böyük hesabla məğlub olub - YENİLƏNİB - 7
UEFA Konfrans Liqası: "Zirə" qapısında 6-cı qolu görüb - YENİLƏNİB - 6
Rəşad Sadıqov: Futbolda belə oyunlar olur
Rəşad Sadıqov: "Omoniya" təcrübəli və keyfiyyətli futbolçulardan təşkil olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
-
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
-
ABŞ dövlət katibi Əbu-Dabidə Rusiya-Ukrayna danışıqlarında irəliləyişin olacağına ümid edir













