Rumıniya Moldovanın Curculeşti limanının alınması ilə bağlı danışıqlara başlayır
Far.Az xəbər saytı

Rumıniya Moldovanın Curculeşti limanının alınması ilə bağlı danışıqlara başlayır


Rumıniya hökuməti Moldovanın Dunay çayındakı Curculeşti limanının alınmasına dair Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) ilə danışıqların başlanmasına icazə verən memorandumu təsdiqləyib.

“Report” xəbər verir ki, bu barədə hökumətin mətbuat xidmətinin nümayəndəsi Mixay Konstantinin açıqlamasında deyilir.

“Nazirlər Kabinet Nəqliyyat və İnfrastruktur Nazirliyinə tabe olan, Konstansa qeydiyyatlı “Sea Ports Authority” milli şirkəti vasitəsilə Rumıniya dövlətinin Moldova Respublikasının Curculeşti Beynəlxalq Azad Limanında yerləşən və EBRD-yə məxsus “Dunaube Logistics” şirkətinin səhmlərinin alınması ilə bağlı bankla danışıqlara başlanmasını təsdiqləyib. Memoranduma əsasən, bankla bu səhmlərin alınması ilə bağlı danışıqlara başlamaq üçün komissiya yaradılacaq. Alış baş tutarsa, “Sea Ports Authority” milli şirkəti tərəfindən təmsil olunan Rumıniya dövləti Curculeşti limanı üzərində çox böyük nəzarət hüququ əldə edəcək”, - o deyib.

Konstantin vurğulayıb ki, söhbət Rumıniyanın Konstansa limanını Avropanın bu hissəsində mühüm yükdaşıma qovşaqlarından birinə çevirmək üçün yük axınının optimallaşdırılmasından gedir.

Oxşar xəbərlər

Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ
Azad edilmiş ərazilərin bərpası: xarabalıqdan dirçəlişə doğru - Təhlil
İlham Əliyev və Mehriban Əliyeva "Sea Breeze"də açılış mərasimində - YENİLƏNİB
Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 105 il ötür

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər