ABŞ-də iki başlı ilan dünyaya gəldi
Far.Az xəbər saytı

ABŞ-də iki başlı ilan dünyaya gəldi


ABŞ-də nadir genetik anomaliya nəticəsində iki başlı ilan doğulub.

Far.Az xəbər verir ki, bu barədə "Daily Star" nəşri məlumat yayıb.

49 yaşlı Ann-Kristin Svanın evində qərbi çöl donuzburunlu ilan növünə aid nadir bir canlı yumurtadan çıxıb. Qadın ilanı "Haribo" adlandırıb. O, bu adı iki başlı ilan formalı marmeladlar istehsal edən məşhur konfet markasının şərəfinə seçib. Mütəxəssislər belə bir hadisənin baş vermə ehtimalının 100 mində bir olduğunu bildirirlər.

Svan ilk dəfə ilanı görəndə gözlərinə inanmadığını deyib. Onun fikrincə, embrion inkişaf zamanı tam bölünmədiyi üçün ilan iki başla doğulub. Hazırda Haribonun uzunluğu təxminən 10 santimetrdir.

İlanın hər iki başı artıq hərəkətlərini uyğunlaşdırmağı öyrənib. Sahibinin sözlərinə görə, sağ baş yemək yeyir, Haribo isə su içərkən hər iki başını eyni anda qabağa uzadır.

Qeyd edək ki, ABŞ-də daha əvvəl də iki başlı ilana cərrahi əməliyyat aparılmışdı. "Tiqrovaya Liliya" adlı ilan anormal yumurtalıqlar səbəbindən əməliyyat olunmuş və əməliyyat uğurla nəticələnmişdi.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
İnfarktdan ölən pişik, özünü heyvanlara həsr edən qadın - İçərişəhərdə 100-ə yaxın pişik saxlanılan evdən REPORTAJ - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər