Merab Dvalişvili: "Gələcəkdə Azərbaycandan da UFC çempionu çıxacaq"
"UFC-nin Bakı gecəsinə Gürcüstanda maraq böyükdür. Mən bura gələndə nə Batumidə, nə də Tbilisidə Bakıya biletlər qalmışdı".
Far.Az oxu.az-a istinadən xəbər verir ki, bunu Bakıda keçiriləcək Mütləq Döyüş Çempionatı (UFC) turnirinin ulduz qonağı, superyüngül çəki dərəcəsində UFC çempionu, gürcü döyüşçü Merab Dvalişvili brifinqdə deyib.
Məşhur gürcü döyüşçü Bakıdakı gecənin əsas döyüşündə kimin favorit olduğunu deməkdə çətinlik çəkdiyini qeyd edib.
"Camal Hill ilə dostam, Xalil Rauntri ilə də bir zalda məşq edirik, dostluq edirəm. Hill keçmiş çempiondur, Rauntri isə titul uğrunda döyüşən idmançıdır. Hər ikisi son döyüşünü çox əla keçirdi. Mən bu cütlüklə bağlı kimin qalib gələcəyinə dair proqnoz verə bilmərəm", - deyə M.Dvalişvili bildirib.
Merab bir azərbaycanlı idmançının onun uğurunu təkrarlamaq üçün neçə ilin lazım olduğu ilə bağlı sualı cavablandırmaqda çətinlik çəkib:
"Çətin sualdır. Azərbaycanda xeyli sayda güclü döyüşçülər var və iyunun 21-də baş tutacaq turnirdə üç azərbaycanlı mübarizə aparacaq. Bu artıq Azərbaycan üçün böyük bir hadisədir. Biz Gürcüstana da UFC-ni gətirmək istəyirdik, ancaq bu, çətin oldu, alınmadı. Azərbaycandan kənarda əslən azərbaycanlı olan döyüşçülər var və onlar da Azərbaycanı təmsil edirlər. Düşünürəm ki, gələcəkdə Azərbaycandan da UFC çempionu çıxacaq".
Qeyd edək ki, "UFC Fight Night" iyunun 21-də "Baku Crystall Hall"da baş tutacaq. Gecənin əsas qarşılaşması keçmiş UFC yarımağır çəki çempionu Camal Hill ilə keçmiş titul iddiaçısı Xalil Rauntri arasında olacaq. Həmin gecənin ikinci ən vacib döyüşü isə həmyerlimiz Rafael Fiziyev ilə Çili təmsilçisi İqnasio Baxamondes arasında yüngül çəkidə keçiriləcək.
Turnir çərçivəsində, həmçinin Azərbaycan təmsilçiləri Nazim Sadıxov və Tofiq Musayev də oktaqona çıxacaqlar. Onların rəqibləri isə müvafiq olaraq braziliyalı Nikolas Motta və qırğızıstanlı Mıqtıbek Orolbay olacaq.
Oxşar xəbərlər
UFC ilk dəfə Azərbaycanda!
Merab Dvalişvili: "Nazim döyüşə çıxanda böyük sürprizin şahidi olacaqsınız"
Belal Muhammad: "Bakıdaki döyüş gecəsində İqnasio Baxamondesi dəstəkləyəcəyəm"
UFC-nin iki məşhur döyüşçüsü Bakıya gələcək
UFC-nin amerikalı döyüşçüsü Bakıda Azərbaycan mətbəxini bəyənib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb
-
NYT: Ağ Evin yeni Aparat rəhbəri Trampı İranla müharibəyə son qoymağa çağırıb
-
Bakı metrosu bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
-
Türkiyədə qanunsuz mərc oyunlarına qarşı əməliyyat zamanı 90 nəfər həbs olunub
-
"Çıraq" platformasından hasil olunan neft və qazın həcmi açıqlanıb
-
Azərbaycan neftinin qiyməti 107 dolları ötüb













