Macarıstan Borrelin Rusiyanı Qərb silahları ilə vurmaq çağırışını pisləyib
Far.Az xəbər saytı

Macarıstan Borrelin Rusiyanı Qərb silahları ilə vurmaq çağırışını pisləyib


Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Jozep Borrelin Rusiya-Ukrayna müharibəsi ilə bağlı son çağırışına münasibət bildirib.

“Far.Az” xəbər verir ki, bu barədə Macarıstan hökumətinin spikeri Zoltan Kovaç “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

“Nazir Peter Siyarto Ukraynaya daha çox silah göndərilməsini tələb edən, hətta Rusiya ərazisinin dərinliklərinə zərbələr endirmək üçün Qərbin verdiyi silahlardan istifadə edilməsini təklif edən Aİ-nin xarici işlər üzrə ali nümayəndəsini də tənqid edib”, - deyə o qeyd edib.

Avqustun 21-də Borrell deyib ki, Kiyevin Rusiya ərazisinə zərbələr endirmək üçün Qərb silahlarından istifadəsinə qoyulan qadağanı aradan qaldırmaq sülhməramlı səylərə töhfə verə bilər.

Oxşar xəbərlər

Paşinyanın Ermənistana töhfəsi - işsizlik pik həddə çatıb - ŞƏRH
Ermənistanda İT və ixrac sektorunun tənəzzülü - sabiq nazir hökuməti günahlandırır - ŞƏRH
Ukraynada anti-Azərbaycan isterika - hökumət rəzalətə "dur" deməlidir - ŞƏRH
Ukraynada anti-Azərbaycan isterikası - Hökumət rəzalətə "dur" deməlidir - ŞƏRH
Ayxan Hacızadə: Avropa İttifaqının bir sıra institutları Azərbaycana qarşı təxribatlara son qoymalıdır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər