Qətər İranla bağlı vəziyyətin nizamlanması üçün dialoqu bərpa etmək üzərində işləyir
Far.Az xəbər saytı

Qətər İranla bağlı vəziyyətin nizamlanması üçün dialoqu bərpa etmək üzərində işləyir


Qətər İranla İsrail arasındakı münaqişənin nizamlanması məqsədilə bütün tərəflər arasında dialoqu bərpa etmək üçün diplomatik səylər göstərir.

Far.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Qətərin Baş naziri, xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdül Rəhman Əl Tani bildirib.

O, İstanbulda İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüşü zamanı bir sıra məsələlərə toxunub.

Qətərin Baş naziri vurğulayıb ki, Doha tərəfdaşları ilə birlikdə mübahisəli məsələlərin həlli məqsədilə bütün tərəflər arasında dialoqu bərpa etmək üçün fəal şəkildə səy göstərir.

O bir daha qeyd edib ki, Qətər İsrailin zərbələrini qətiyyətlə pisləyir.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər